Rusiya bu azərbaycanlını İnterpola verdi .....                     Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? .....                     Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı .....                     İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib .....                     "Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında .....                     Dadsız, rəngsiz POMİDORLAR .....                     “Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi” .....                     Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi .....                     Vüsal Aslanov bu imtahandan “2” aldı .....                     Azərbaycan nefti cüzi bahalaşıb .....                     “Rabitəbank”da yığıncaq keçiriləcək .....                     Ölüdən orqan götürmək haramdır? .....                     Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? .....                     Repetitorluğun ləğvi gerçəkləşir .....                     "Dinləmirlər, eşitmirlər..." .....                     Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək .....                     Millət vəkilinə inanaqmı? .....                     2 qəpiklik borca görə, müştərini çətinə saldılar... .....                     İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? .....                     Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? .....                     AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... .....                     Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... .....                     Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU .....                     İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir .....                     Azərbaycanda internet bahalaşdı .....                     Qalmaqallı direktor necə bəraət alır? .....                     "Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok .....                     "Atam deyirdi ki, səndən adam olmayacaq" .....                     “Bu verilişlərin bağlanmasını alqışlayıram” .....                     "Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" .....                     Azərbaycanda repetitorluq ləğv edilir? .....                     Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? .....                     İşçisindən başçıya GİLEY OLUNDU .....                     "Express Bank" da bağlanır? .....                     Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var .....                     Tovuzda məhkəmə başçıya tabedir? .....                     Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" .....                     MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! .....                     ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək .....                     Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib .....                 

Texniki Universitetin rektoru haqda YENİ İDDİALAR... - RƏSMİLƏR NƏDƏN SUSUR?
Tarix: 12-03-2022, 09:14 | Çap et
Texniki Universitetin rektoru haqda YENİ İDDİALAR...
DİA.AZ: - Azərbaycan Texniki Universitetinin bir qrup müəllimi yenə də sözügedən ali təhsil ocağında yaşanılan neqativ olaylar haqqında həyəcan təbili çalmaqdadırlar. Xatırladaq ki, AzTU ilə bağlı buna qədər də ilginc faktları təqdim etmişdik, amma görünəni odur ki, hələ də aidiyyatı qurumlar susmağa üstünlük verirlər. Biz isə DİA.AZ-a göndərilən növbəti müraciəti təqdim edirik:

Əvvəli burada: Texniki Universitetdə Vilayət Vəliyevin “regional təmizləmə” əməliyyatı - İLGİNC FAKTLAR

"V.Vəliyevin dillərə düşmüş struktur dəyişikliklərinin bir məqsədi də var. Hər dəfə təzə şöbələr yaradıldıqda, köhnələri ləğv olunduqda, o, işçiləri köhnə şöbədən yenisinə keçirmək bəhanəsi ilə onlara ərizə yazdırır, sonra onlarla yeni əmək müqaviləsi bağlayır və bu əmək müqaviləsi də 3 AYLIQ BAĞLANIR. İşçilər də ya bilməyərəkdən, ya da əlacsızlıqdan bu müqaviləni imzalayırlar. Həmin müqavilə 1-2 dəfə üç ay-üç ay uzadıldıqdan sonra daha uzadılmır. İşçiyə deyirlər ki, “biz səni işdən çıxarmırıq ki, sənin müqavilən 3 aylıq idi, sona çatdı, vəssalam”. Bu ləyaqətsiz üsulla neçə-neçə işçini işdən çıxarıb, əvəzinə öz regionundan olan

adamları qəbul edib. İndi isə rektor özü şəxsən kafedraları gəzir və işçilərə şəxsən təzyiq edir.

Vilayət Vəliyevin regionçuluq əlaməti əsasında universitetdə həyata keçirdiyi “etnik təmizləmə” artıq indinin özündə AzTU-da müxtəlif region nümayəndələri arasında qeyri sağlam münasibətlər yaranmasına, müxtəlif arzuolunmaz mövzularda söz-söhbətlər gəzməsinə səbəb olub. Bu isə ölkəmizin bugünkü şəraitində qətiyyən yolverilməzdir və bizim dövlətçiliyimizə arxadan vurulan zərbə sayıla bilər.

Rektorun belə “etnik təmizləməsinə” sübut kimi bir neçə faktı da qeyd edək. V.Vəliyev AzTU-ya rektor gələndən sonra bütün prorektorları dəyişdirib, bir nəfərdən – beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazovdan başqa. Çünki, S.Namazov rektorla eyni regiondan çıxmadır. V.Vəliyev əndrəbadi bir adla “Rəqəmsallaşma və layihələr üzrə prorektor” vəzifəsi təsis edib və həmin vəzifəyə mənşəcə onunla bir regiondan olan iqtisadçı (???) Rəşad Əliyevi gətirib. Hamıya aydındır ki, rəqəmsallaşma üzrə təyin edilən mütəxəssis informasiya texnologiyaları mütəxəssisi olmalıdır, daha iqtisadçı yox. İqtisadçı nə bilir rəqəmsallaşma nədir. Amma rektor başqa cür düşünür, onun düşüncəsi qeyri-standartdır – kim olur, olsun, təki onun regionundan olsun. Onun rəqəmsallaşdırması heç kimə lazım deyil, təki bu vəzifədə onun öz adamı olsun.

V.Vəliyev AzTU-ya rektor gələndən sonra o vaxt mövcud olan 8 fakültədən 7-sinin dekanlarını dərhal vəzifələrindən kənarlaşdırdı, yalnız biri qaldı, Ərəstun Məmmədov. O da mənşə etibari ilə rektorla bir regionun nümayəndəsidir. Yarım il əvvəl isə rektor Ərəstun Məmmədovun vəzifəsini bir qədər də yüksəldərək, Tədris hissəsinin müdiri təyin etdi (bu, onun dəyişdirdiyi 4-cü Tədris hissə müdiridir). Elmlər doktoru, professor olan yüksək iş qabiliyyətli, universitetdə yüksək nüfuz qazanmış, nisbətən cavan bir çox kafedra müdirlərini V.Vəliyev kafedra müdirliyindən uzaqlaşdırdı, bəziləri isə onun yaratdığı mənəvi terror şəraitinə dözməyərək, ya öz ərizələri ilə vəzifələrini tərk etdilər, ya da AzTU-dan tamam getdilər. V.Vəliyev onlardan heç birini çağırıb soruşmadı ki, niyə işdən çıxırsınız. Dərhal sevincək ərizələrinin üstünü yazdı və elə həmin gün əmrlərini verdi. Onlardan bəzilərinin getməsi universitet əməkdaşları tərəfindən təəccüblə və narazılıqla qarşılandı. Onların yerinə rektor heç də bu vəzifəyə layiq olmayan dosentləri təyin etdi. Lakin rektor mənşə etibari ilə rektorla bir regiondan olan, 78 yaşlı kafedra müdiri Eldar Qocayevə bu günə qədər toxunmayıb. Bundan əlavə, V.Vəliyevin AzTU-ya gəlişindən əvvəl kafedra müdiri vəzifəsini tərk etmiş onun yerlisi, 75 yaşlı Vaqif Məhərrəmovu yenidən qaytarıb, kafedra müdiri təyin etdi. V.Vəliyev öz qohumları, heç kifayət qədər elmi-pedaqoji stajları olmayan Nizami Poladovu “Metallurgiya və materialşünaslıq” fakültəsinə, Fərqanə Musayevanı isə “İqtisadiyyat və idarəetmə” fakültəsinə dekan təyin etdi, halbuki bu, mövcud təlimatlara ziddir. Başqa bir qohumunu, heç dosentlik üçün kifayət qədər elmi-pedaqoji stajı çatmayan Arzu Süleymanovu iki elmlər doktorunun işlədiyi “İqtisadiyyat və statistika” kafedrasına müdir təyin etdi. V.Vəliyev öz adamı olan Nadir Ağayevi Riyaziyyat kafedrasına müdir təyin etmək xatirinə kafedranın adını dəyişdirərək, “Mühəndis riyaziyyatı və süni intellekt” qoydu, çünki N.Ağayevin elmi dərəcəsi texnika elmləri doktorudur və o, Riyaziyyat kafedrasının müdirliyinə uyğun gəlmir. Görəsən N.Ağayev heç olmazsa, ali riyaziyyatı bilirmi? Bunlar kifayətdirmi? Bu misalları istənilən qədər genişləndirmək olar, ancaq buna ehtiyac varmı?

Texniki Universitetə gəldiyi gündən V.Vəliyev işçiləri yanına çağıraraq, başqaları haqqında sorğu-suala tutmağa, məlumat toplamağa, hər kəs haqqında yazılı dosye hazırlamağa başladı. Nəticədə tezliklə universitetdə qeyri sağlam mühit yarandı, xəbərçiliyə, donosçuluğa, böhtan yaxmağa meylli olan adamlar üçün əsl münbit mühit yarandı və onlar özləri həvəslə rektorun yanına gedib, şər-böhtan, qarayaxma, donosçuluq, başqalarını “baqaja qoymaq” xarakterli məlumat verməyə başladılar. Belə adamların sayı getdikcə artdı. V.Vəliyev də özü çox zaman yığıncaqlarda utanmadan deyir ki, filankəsin haqqında mənə filan məlumatı veriblər. Deməli, o, bunları adi bir şey hesab edir. Bu insanın bir mənəvi simasına baxın. İndi onun universitetə gətirdiyi təzə kadrlar, onun yerliləri də kollektivi tanıdıqca bu işə qoşulublar. Onların sayı saysız-

hesabsızdır. Biz ancaq AzTU-nun köhnə kadrlarından bu işə qoşulanların arasında tanınmışlardan bir neçəsinin adlarını çəkmək istəyirik – prorektor Sübhan Namazov, keçmiş prorektor İlham Pirməmmədov, keçmiş dekan, indi Tədris hissəsi müdiri Ərəstun Məmmədov, Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev. Həbib Mirzəyevin haqqında isə xüsusi danışmaq lazımdır. AzTU-da çoxları yaxşı bilir ki, o, V.Vəliyevin AzTU-ya gəlişindən əvvəl dekan müavini işləyərkən ən çox çirkaba bulaşmış şəxslərdən biri olub, müəllimlərlə tələbələr arasında dəllallıq edirdi, tələbələrdən pul alaraq, qiymət düzəltdirirdi. Bunun haqqında məlumat V.Vəliyevin dosyesində yoxdurmu? Yoxdursa, bilsin. İndi Həbib Mirzəyev öz çirkli keçmişini “yumaq” üçün rektora yarınır, xəbərçilik edir, başqalarının haqqında böhtan xarakterli məlumat verir. Əvəzində H.Mirzəyev indi vəzifə və hörmət sahibi olub, rektorun yaxınlarından birinə çevrilib. Nəticədə rektor onu respublikada tanınmış üç elmlər doktoru, professorun işlədiyi birləşdirilmiş Humanitar fənlər kafedrasına müdir təyin edib. Bax, budur Vilayət Vəliyevin kadr siyasəti. O, layiqli, elmli, işgüzar, mənəviyyatca təmiz, illərcə AzTU-da işləmiş professorları, dosentləri vəzifələrindən və hətta universitetdən uzaqlaşdırır, görün ətrafına kimləri toplayır. Bütün bunlar universiteti dağıtmaq deyilsə, bəs nədir? Bəlkə, V.Vəliyev özü bunları dərk etmək səviyyəsində deyil, əgər belədirsə, onu başa salırıq, başa düşsün.

Rektor V.Vəliyevin bütün fəaliyyəti belə işlərə – intriqalar qurmağa, regional klanının nümayəndələrini müxtəlif vasitələrlə universitetdə işə qəbul etməyə, özünə piar, müsbət görüntü, imic yaratmağa və beləliklə, təhsili dağıtmağa yönəlib. Ümumiyyətlə, təhsil onu maraqlandırmır, o, təhsildən uzaq adamdır. Təhsil ancaq o zaman onun yadına düşür ki, nəyi isə kəsmək, nəyi isə ləğv etmək, kafedraların tədris yükünü azaltmaq və bu yolla vəsaitə qənaət etmək lazımdır. Ona görə də təhsil heç onun yadına düşməsə yaxşıdır, biz bundan yaxşı bir şey gözləmirik. Ancaq, hər halda, hərdən yadına düşür. V.Vəliyev universitetə gələn kimi onun ilk addımlarından biri AzTU-da mühəndis hazırlığına yönəlmiş fənləri və tapşırıqları ləğv etmək oldu. Mühəndis qrafikası kafedrasını ləğv etdi, bütün müəllimləri yarım ştata keçirdi və onu başqa kafedra ilə birləşdirdi, baxmayaraq ki, bu kafedra bütün universitet ixtisaslarına dərs deyirdi və mühəndis üçün ən vacib fənni tədris edirdi. Bütün mühəndis ixtisaslarının tədris planlarında dəyişiklik edərək, kurs işləri və kurs layihələrinin, qrafik işlərin 4 illik təhsil müddətində yalnız ikisini saxladı, onlar da məcburi deyil, könüllüdür, tələbə istəsə onları verər, istəməsə verməz, ancaq bu onlara kəsir sayılmır. Buraxılış işləri ləğv edildi və dövlət imtahanı ilə əvəz edildi, karantinlə əlaqədar isə heç dövlət imtahanları da keçirilmədən tələbələrə diplom verilir. Deməli, indi bizim tələbələr 4 il ərzində heç bir kurs işi, kurs layihəsi, qrafik iş, hesabat işi, buraxılış işi vermədən, bir düsturla hesabat etmədən, bir xətt və ya çevrə (hələ çertyoj, cizgi demirik) çəkmədən universiteti bitirib, mühəndis diplomu alırlar. Bu tarix, ya ədəbiyyat ixtisası deyil ki, tələbələr təhsil müddətində yalnız danışsınlar. Ona qalsa, heç tələbələrimiz danışıq qabiliyyətinə də malik deyillər. Bunlara mühəndis demək olarmı, kimə lazımdır belə mühəndis? Bu isə tələbələrin təhsil haqqını alıb, onları aldatmaq, savadsız etməkdən başqa bir şey deyil. Heç mühəndis bilikləri demirik, tələbələrimizdən orta məktəbdə öyrəndikləri Nyuton qanunlarını və ya Om qanunu soruşun, görək neçəsi cavab verə biləcək. Əgər xarici ölkələrdə bundan xəbər tutsalar, AzTU-nun verdiyi diplomları tanımayacaqlar. İki il yarımdır ki, V.Vəliyev Texniki Universiteti “texnikisizləşdirməklə” və “iqtisadçılaşdırmaqla” məşğuldur, amma əslində heç onu da bacarmır və universitetin təhsil sistemini dağıdır. Bu, rektor tərəfindən dövlət səviyyəsində təxribatdır.

Hətta semestr imtahanları da böyük miqyaslı bir saxtakarlığa çevrilib. Bu il yanvar sessiyasının imtahanlarının əksəriyyəti universitetdə üz-üzə, şifahi formada keçirildi. İmtahan başlamazdan yarım saat əvvəl imtahan bileti və biletin 5 sualı tələbələrə məlum olur. Tələbələr imtahana daxil olduqdan 20 dəqiqə sonra kağızda öz qeydlərini edərək, müəllimin qarşısında oturub, qeydlərinə baxaraq, şifahi cavab verməlidirlər. Əvvəla, tələbələrimiz şifahi danışmaq qabiliyyətindən tamamilə məhrumdurlar və öz fikirlərini izah edə bilmirlər, deyirlər ki, biz bu vaxta qədər belə, yəni şifahi imtahan verməmişik. Bu da onların bu vaxta qədər test üsulu ilə

imtahan vermələrinin nəticəsidir. Tələbələr imtahanda oturub, cavabı hazırladıqları müddətdə isə mobil telefonlarını açıb, qarşılarına qoyurlar və cavabları oradan kağıza köçürürlər, gəlib müəllimin qarşısında cavabları oradan oxuyurlar (sualların cavabları olan mühazirə konspektini isə müəllim semestrin əvvəlində elektron formatda tələbələrə verməlidir). İmtahanları tez-tez guya yoxlamağa gələnlər isə, məsələn, prorektor Sübhan Namazov, imtahan otağına girib, müəllimə irad tutur ki, niyə tələbələrə imkan vermirsiniz telefondan, dəftər-kitabdan istifadə etsinlər, tələbələrə isə deyir, götürün telefonlarınızı, dəftər-kitabınızı, baxın. Bu da oldu imtahan. Müəllimlər isə “xatası məndən uzaq olsun” prinsipi ilə tələbələrin hamısına müvəffəq qiymət yazırlar. Məsələ ondadır ki, müəllimlər böyük təzyiq altındadırlar, əgər hər hansı bir tələbə müəllimdən şikayət yazsa, müəllimdən heç soruşmadan ki, nə olub, ağına-bozuna baxmadan, müəllim cəzalandırılır. Belə hadisələr də olub. Bunu isə əsasını rektor universitetə gələn gündən qoyub. Hələ pandemiya karantinləri başlamamışdan əvvəl rektor tez-tez ayrı-ayrı fakültələrin tələbələri ilə görüş keçirib, onlara deyirdi: “Mən sizin dostunuzam, hansı müəllimdən şikayətiniz olsa, günün istənilən vaxtında mənim yanıma gəlib, mənə məlumat verin” (müəllimlər isə lazım olanda onun qəbuluna düşə bilmirlər). Bununla da o, qeyri-etik hərəkətləri ilə normal tələbə-müəllim münasibətlərini, təlim-tərbiyə prosesini və nəticədə tədris prosesini pozur, tələbələrdə müəllimin düşmən obrazını yaradır, yəni mən sizin dostunuzamsa, deməli qarşı tərəf, yəni müəllimlər düşməndirlər, tələbələri müəllimlərin üzərinə qaldırır, onları müəllimlərdən şikayət etməyə təhrik edir. Sual oluna bilər, rektor niyə belə edir? Çünki, tələbələrin çox olmasından və onların etirazlarından qorxur, bu yolla onları “öz tərəfinə çəkir”, müəllimləri də bu yolla qorxudaraq, onları daha itaətkar və qorxaq, məzlum edir. Müəllimlər də, “mənim nəyimə lazımdır, xatası məndən uzaq olsun” prinsipi ilə ucdantutma hamıya müvəffəq qiymət yazıb, başdan edirlər. Nəticədə isə həm təlim-tərbiyə, həm də tədris prosesi zərər çəkir. Texniki tədris isə ölkəmiz üçün strateji əhəmiyyətə malikdir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya bu azərbaycanlını İnterpola verdi - Terror İTTİHAMI
Bu gün, 10:30
Eyni pensiya kapitalı olan şəxslərə hansı məbləğdə pensiya verilir? - AKTUAL
Bu gün, 10:25
Türkiyədə CHP-li bələdiyyə sədri saxlanıldı
Bu gün, 10:15
İranda yüksək vəzifəli məmur İsraillə əlaqəyə görə edam edilib - "Al-Jazeera"
Bu gün, 10:12
"Kürd Amo"nu xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:11
Dadsız, rəngsiz POMİDORLAR - Süfrəmizə keyfiyyətsiz məhsulu kim gətirir?
Bu gün, 10:10
“Atamın şəxsi əşyalarını muzeyə verdim, Rasim Balayev bu mövzuda mənə kömək etdi”
Bu gün, 10:08
Gömrük Komitəsində işlə təmin etdirmək adı ilə 26 minlik dələduzluq etdi - MƏHKƏMƏ
Bu gün, 10:05
Vüsal Aslanov bu imtahandan “2” aldı – REPLİKA
Bu gün, 10:02
Azərbaycan nefti cüzi bahalaşıb
Bu gün, 09:47
“Rabitəbank”da yığıncaq keçiriləcək
Bu gün, 09:45
Ölüdən orqan götürmək haramdır? - İlahiyyatçı mübahisələrə son qoydu
Bu gün, 09:43
Azərbaycanda ən çox hansı nazirliklər “bəyənilir”? - SİYAHI
Bu gün, 09:38
Repetitorluğun ləğvi gerçəkləşir - yeni model
Bu gün, 09:29
"Dinləmirlər, eşitmirlər..." - ETİRAZ
Bu gün, 08:22
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Bu gün, 08:09
Millət vəkilinə inanaqmı? - SÖZARDI...
Bu gün, 07:24
2 qəpiklik borca görə, müştərini çətinə saldılar... - YƏNİ BU QƏDƏR...
Bu gün, 07:11
İş yerləri ilə bağlı gözlənilməz proses başladı: nə baş verir? - AKTUAL
Bu gün, 07:04
Bu ölkə Rusiyaya 3 min əsgər, 10 qırıcı göndərir? - ŞƏRH
Bu gün, 07:02
AzəriQaz-da ƏDALƏTSİZ növbəli iş rejimi... - NARAZILIQ VAR...
Bu gün, 07:01
Bir damla yağış suyu bəs edir ki, kanalizasiya aşıb-daşsın... - GİLEY
Bu gün, 06:49
Daha bir vətəndaşın əlilliyi qanunsuz olaraq LƏĞV OLUNDU - "20 ildir ki..."
Bu gün, 06:41
İran ABŞ ilə danışıqlarda iştirak məsələsini hələ nəzərdən keçirir - KİV
Bu gün, 06:23
Azərbaycanda internet bahalaşdı – Yeni qiymət
Bu gün, 06:21
Qalmaqallı direktor necə bəraət alır? - İDDİA
Bu gün, 06:17
"Rabitəbank"da "saatlı bomba": Təhlükəli kreditlərdə 540%-lik şok - TƏFƏRRÜAT
Bu gün, 06:06
"Atam deyirdi ki, səndən adam olmayacaq"
Bu gün, 06:02
“Bu verilişlərin bağlanmasını alqışlayıram”
Bu gün, 06:01
"Bu qurumun başqa ciddi fəaliyyətini müşahidə etmirik" - ETİRAZ
Bu gün, 05:58
Azərbaycanda repetitorluq ləğv edilir? - AKTUAL
Bu gün, 05:47
Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı "məmursayağı" əngəllər
Bu gün, 05:46
İşçisindən başçıya GİLEY OLUNDU - MÜRACİƏT
Bu gün, 05:44
"Express Bank" da bağlanır? - GÖZLƏNTİ
Bu gün, 05:29
Paşinyanın Konstitusiya dilemması: hakimiyyət daxilində fərqli düşünənlər var - ONA GÖRƏ DƏ...
Bu gün, 05:25
Tovuzda məhkəmə başçıya tabedir? - BU NƏDİ BELƏ?
Bu gün, 05:23
Çörək bahalaşır: "Sadəcə vətəndaşlar hiss etmir" - NƏ BAŞ VERİR?
Bu gün, 05:19
MDU-da "gecikmiş şəffaflıq": İş bitir, müqavilə indi üzə çıxır! -19 min nəyə xərclənib?
Bu gün, 05:18
ABŞ İrana qarşı iqtisadi təzyiqləri davam etdirəcək
Bu gün, 05:12
Ağ Ev Vensin İslamabada səfərinin ləğv olunduğunu təsdiqləyib - KİV
Bu gün, 05:08
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru