Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər .....                     Ermənistanın müdafiə naziri Gürcüstana gedib .....                     21 min manat aliment borcu yığıldı, həbs olundu .....                     Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub .....                     İsraillə danışıqlar zəiflik əlaməti deyil .....                     Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı .....                     Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə .....                     SEPAH Xameneini TƏCRİD EDİB .....                     Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI .....                     Bu tarixə qədər neft 150 dolları keçəcək: .....                     İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi" .....                     Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət .....                     Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi .....                     Ermənistan İsraillə dostlaşmaq istəyir .....                     ABŞ Hörmüz boğazına tam nəzarət edir .....                     Pakistan təsdiqlədi .....                     BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... .....                     Putinin Ermənistanla bağlı planı nədir? .....                     BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz .....                     Bakı metrosu yenə “sinifdə qaldı” .....                     Bağlanan şirkətlə əlaqəm qalmayıb .....                     Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib .....                     Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” .....                     Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu .....                     Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı .....                     Vardanyan xanımının Bakıya gəlməsini istəyir .....                     FHN 7 ədəd avtomobil alır .....                     Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI .....                     Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub .....                     Tramp İranı atəşkəsi pozmaqda ittiham edib .....                     "Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? .....                     Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub .....                     Tanınmış memardan vergi xidmətinə ETİRAZ .....                     Simonyan əndazələri aşır: .....                     “Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar .....                     "European Tobacco-Baku" ləğv olunur .....                     MOSSAD-ın nüfuzlu agenti həlak oldu .....                     “Dırnaq ustası studiyaya girib müğənni olur” .....                     Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib .....                     Ermənilər Trampı şantaj etməyə başlayıb .....                 

Gənc nazir Tenxiki Universitetə GÖZ ATACAQMI?.. - Belə davam edərsə...
Tarix: 1-07-2022, 08:05 | Çap et
Gənc nazir Tenxiki Universitetə GÖZ ATACAQMI?..
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Texniki Universitet NİYƏ ÖZBAŞINA BURAXILIB? - İLGİNC İTTİHAM

DİA.AZ müraciətin davamını təqdim edir: "Bəs belə saxtakarlıq və oyunbazlıq kimə və nəyə lazımdır? Bu suala yalnız bir adam cavab verə bilər – Vilayət Vəliyev. Ancaq, bu barədə bizim də müəyyən mülahizələrimiz var. Rektor bununla bir tərəfdən şou, görüntü yaratmaq istəyir ki, guya AzTU-ya orijinallıq və yenilik gətirir, digər tərəfdən isə onun burada tamamilə praktik bir məqsədi var. Əvvəlki yazılarımızda qeyd etmişdik ki, AzTU-nun magistraturasına əvvəlki illərdə hər il 200-300 magistrant qəbul edilirdi. 2021-ci ildən isə magistraturaya mindən artıq qəbula elan verildi və min nəfərə yaxın tələbə qəbul edildi. Niyə? Çünki, V.Vəliyev bu 3 ildə AzTU-ya o qədər qohum-qardaşını, yerlilərini, öz yaxın adamlarını yağıb, onlar üçün o qədər əlavə struktur bölmələri və iş yerləri açıb, çox yüksək maaşlar təyin edib ki, indi onun özünün də iclaslarda etiraf etdiyi kimi, işçilərə maaş verməyə vəsait çatmır. Bir magistr isə ildə 1600 manat, iki ildə 3200 manat təhsil haqqı ödəyir. Min magistr üçün bu məbləğ 3,2 milyon manat olur. Budur əsas səbəb. Ancaq bu halda da onların dissertasiyalarına rəhbərlik etməyə elmi dərəcəsi olan müəllim çatmır. Belə ki, mövcud təlimatlara əsasən, bir rəhbər 2-dən artıq magistr dissertasiya işinə rəhbərlik edə bilməz. İndi elə kafedralar var ki, onlarda təkcə bu il 50-80 magistr qəbul edilib. Bunlara isə 25-40 rəhbər lazımdır (bu, bir il üçündür, iki il üçün bunu da ikiyə vuraq). V.Vəliyev də bu problemin həllini özü fikirləşdiyi kimi, çox orijinal bir yolla tapıb, beşə bölməklə (axı o, “iqtisadçı” olmaqdan əlavə, həm də “riyaziyyatçıdır”), yəni beş magistranta bir rəhbəri olan bir dissertasiya verməklə. İndi görün, 8 min tələbəsi, min nəfər işçisi olan AzTU-ya hansı təfəkkür sahibi rəhbərlik edir.
Ancaq, ədalət naminə qeyd edək ki, Qərb ölkələrinin universitetlərində də magistrlər kollektiv layihələr üzərində dissertasiyalar yazırlar. Görünür, Vilayət Vəliyev də bunu eşidib, ancaq mahiyyətini anlamayıb, ya da onun ətrafında olan savadsız müşavirlər dəstəsi bunu, mahiyyətini başa düşmədən rektora məsləhət görüblər. Ancaq biz bunu rektora izah edək ki, bu il keçdi, gələn illərdə V.Vəliyev vəzifəsində qalsa, yenə AzTU-nu və onun yazıq magistrlərini belə gülünc vəziyyətə salmasın.
Məsələnin mahiyyəti isə belədir. Tutaq ki, maşınqayırma sahəsində, mexaniki emal sexində işləyəcək bir sənaye robotu layihələndirilməlidir. Mexanika ixtisasında təhsil alan bir magistranta diplom mövzusu olaraq həmin robotun mexaniki hissəsini, mexanizmlərini hesablamaq və layihələndirmək tapşırığı verilir. Elektronika ixtisasından olan digər magistrantın diplom mövzusunu isə həmin robotun elektronikası, onun elektron qurğuları, məsələn, rəqəmsal kontrollerləri və bu kontrollerlərin mexanizmlərlə əlaqəsi, icra mexanizmlərinin yaradılması təşkil edir. İnformasiya texnologiyaları ixtisasından olan digər magistranta mövzu kimi həmin robotu idarə edən rəqəmsal elektronikanın proqram təminatını hazırlamaq tapşırılır. Materialşünaslıq ixtisasından olan magistrant robotun hazırlanmasında istifadə olunan materiallarla məşğul olur və bu materialları tədqiq edir. Maşınqayırma ixtisasından olan magistrant isə robotun mexaniki hissəsinin detallarının mexaniki emal texnologiyasının texnoloji prosesini layihələndir. Hər dissertasiyanın da mövzusunun adı müxtəlifdir. Bu layihələrin birlikdə yerinə yetirilməsi nəticəsində robotun işlək nümunəsi hazırlanır və V.Vəliyevin təbirincə desək, dissertasiya müdafiəsində gətirilib, “ortalığa qoyulur”. Belə layihə üçün isə hətta iki illik magistratura dövrü də azdır, nəinki iki ay. Bu olur kompleks layihə! Baxın, kollektiv, kompleks layihə belə olar, daha Vilayət Vəliyevin AzTU-da etdiyi kimi, bir dissertasiyanı hissələrə parçalayıb, paylaşdırmaqla yox! Vilayət Vəliyev bunları bilmirsə, bizə – təcrübəli müəllimlərə müraciət etsin, biz onu öyrədək. Mütəxəssislərdən öyrənmək lazımdır, daha onları qovub, dağıtmaq yox. Rektorun yaxın qohumu olan elmi işlər üzrə müşaviri, savadsız iqtisadçı Fariz Məmmədov heç olmazsa başa düşürmü ki, bu yazdıqlarımız nə deməkdir? Çətin ki! Utanmasınlar, desinlər, bilmirlərsə, onları başa salaq. Deyirlər, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır.
Bunu əvəzində isə Vilayət Vəliyev AzTU-ya gəldiyi gündən təcrübəli müəllimləri hər cür bəhanə, hər vasitə ilə universitetdən, ya da heç olmazsa, təhsil prosesindən uzaqlaşdırmağa çalışır. Əvvəllər də yazdığımız kimi, o istəmir ki, onun ətrafında ondan ağıllı, tədris işini ondan yaxşı bilən adam olsun. Əvvəlcə o, kafedraları birləşdirmək bəhanəsi ilə kafedra müdiri olan bir çox texnika elmləri doktorlarını, professorları vəzifələrindən uzaqlaşdırdı, sonra onları tədrisdən də uzaqlaşdırmaq üçün guya onlara hörmət edirmiş kimi, onların bir çoxunu “məsləhətçi-professor” vəzifəsinə keçirdi. Məsləhətçi-professor vəzifəsinə keçənlərin bir çoxu deyir ki, rektor onları yanına çağırıb, bu vəzifəyə keçirilmələri haqqında xahiş ərizəsi yazmağa məcbur edib, deyib ki, “sizdən nə istəyirəm ki, gedin sakitcə işsiz oturun kafedrada da, dərs deməyin, sizin üçün bundan yaxşı nə ola bilər?”. İndi isə, yəni bir neçə ay bundan əvvəl V.Vəliyev iclasda deyir ki, “mən onları nə üçün məsləhətçi professor keçirmişəm, ona görə yox ki, gedib istirahət etsinlər, gətirsinlər görüm, bu müddətdə onlar nə işlə məşğul olublar, hesabat versinlər. Bundan sonra onlar hər 3 aydan bir gördükləri işlər haqqında hesabat verməlidirlər, yoxsa onları bu vəzifədən də kənarlaşdıracam.”
V.Vəliyev real fəaliyyətdən bu üsulla kənarlaşdıra bilmədiyi neçə-neçə elmlər doktorlarını, professorları isə onların ətrafında dedi-qodu, əsassız ittihamlar, qeyri sağlam mühit, dözülməz şərait yaratmaqla, onların “öz xahiş ilə” vəzifələrindən getməsinə, bəzilərinin isə AzTU-dan tamamilə çıxmasına nail olub. Bu da AzTU kollektivində V.Vəliyevə qarşı daxili narazılıq və xoşagəlməz münasibət yaradıb. O, özü də bunu bilməmiş deyil. Bir elmlər doktorunun, professorun hazırlanmasına, yetişməsinə, ərsəyə gəlməsinə 25-30 il vaxt və böyük zəhmət lazımdır. Onların bir çoxu nəinki respublikamızda, hətta keçmiş İttifaqda və xarici ölkələrdə öz sahələrində tanınmış mütəxəssislərdir və əhəmiyyətli kadr potensialıdır. Onların üstündən belə asanlıqla xətt çəkib, kənara atmaq kimin xeyrinədir? Bəlkə bu, şəxsən V.Vəliyevin mənafeyinə uyğundur, anacaq ölkəmizdə onsuz da bazası gündən-günə zəifləyən texniki təhsilin zərərinədir, kadr potensialımızın zərərinədir və daha geniş miqyasda baxsaq, bugünkü gündə dolayısı ilə düşmən dəyirmanına su tökmək deməkdir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Partiyalar MSK-ya göndərəcəkləri nümayəndələri seçdilər - SİYAHI HAZIRDIR
Dünən, 18:00
Ermənistanın müdafiə naziri Gürcüstana gedib
Dünən, 17:58
21 min manat aliment borcu yığıldı, həbs olundu
Dünən, 17:57
Qurban Qurbanov Elvin Cəfərquliyevi buna görə komandadan qovub - DETALLAR
Dünən, 17:51
İsraillə danışıqlar zəiflik əlaməti deyil - Livan Prezidenti
Dünən, 17:47
Əbülfəs Qarayevin balıq biznesindən gəlirləri azaldı – 1,4 milyon dollara düşüb
Dünən, 17:36
Avropa İttifaqından Naxçıvan və Zəngəzur dəhlizi barədə AÇIQLAMA
Dünən, 17:35
SEPAH Xameneini TƏCRİD EDİB - "Reuters"
Dünən, 17:28
Azərbaycanda şairə qarşı 7 minlik dələduzluq: qiraətçiyə cinayət işi AÇILDI - TƏFƏRRÜAT
Dünən, 17:23
Bu tarixə qədər neft 150 dolları keçəcək: - Dünya iqtisadiyyatı çökür
Dünən, 17:19
İcra hakimiyyəti 41 min manatlıq "tədbir paketi"
Dünən, 17:15
Leyla Medikal Klinikasında radioloqu Samir Məmişovdan şikayət - “Övladıma səhv diaqnoz qoydu”
Dünən, 17:06
Bakıda xala “tiktoker” olan bacısı qızını məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistan İsraillə dostlaşmaq istəyir - KİV
Dünən, 16:54
ABŞ Hörmüz boğazına tam nəzarət edir - Tramp
Dünən, 16:49
Pakistan təsdiqlədi - Sabah İran və ABŞ arasında görüş olacaq
Dünən, 16:45
BRİCS çoxqütblü dünyanın formalaşdırılmasına çalışır... - AMMA...
Dünən, 16:41
Putinin Ermənistanla bağlı planı nədir? - ŞƏRH
Dünən, 16:38
BOKT “Falcon Finance”nin mənfəəti 91.85 faiz - AZALIB
Dünən, 16:32
Bakı metrosu yenə “sinifdə qaldı” - Ekspertdən SƏRT REAKSİYA
Dünən, 16:26
Bağlanan şirkətlə əlaqəm qalmayıb - Sabiq deputat
Dünən, 16:12
Avropa məhkəməsi Əli Əliyevə görə Azərbaycana sorğu göndərib
Dünən, 16:10
Sosial şəbəkələrdə QƏZƏB və KİN “VULKANI” - “Əsas səbəblərdən biri…”
Dünən, 16:04
Bu kompleksin Xankəndi filialı yaradıldı, direktor təyin olundu - FOTO
Dünən, 16:02
Evin açarlarını sayğacda gizlətdi, bütün qızılları oğurlandı - BAKIDA ŞOK OLAY
Dünən, 15:52
Vardanyan xanımının Bakıya gəlməsini istəyir
Dünən, 15:46
FHN 7 ədəd avtomobil alır – 471 min manat ödəyəcək
Dünən, 15:44
Şeyx Əbdül ilə Şəfiqə Məmmədova BARIŞDI - İncikliyin SƏBƏBİ...
Dünən, 15:43
Azərbaycan Dövlət Kukla Teatrına direktor müavini təyin olunub - ƏMR
Dünən, 15:40
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib - “Truth Social”
Dünən, 15:28
"Hacı Mazan"nın cinayət işi açılan "Sirr-M" MMC-si batır? - 200 minlik borc
Dünən, 15:25
Əvvəllər işlədiyi tikinti şirkətindən 25 min manatlıq oğurluqda təqsirləndirilən şəxs həbs olunub - TƏFƏRRÜAT
Dünən, 15:19
Tanınmış memardan vergi xidmətinə ETİRAZ - "Qoy, daha bir məmur-oğru özünə restoran açsın..."
Dünən, 15:13
Simonyan əndazələri aşır: - Azərbaycanla bağlı daha bir “ittiham”
Dünən, 15:05
“Buzovna” Fizioterapiya Mərkəzi ilə bağlı şok iddialar - Sahib Məmmədovdan gözləntilər puç oldu?
Dünən, 15:04
"European Tobacco-Baku" ləğv olunur
Dünən, 14:59
MOSSAD-ın nüfuzlu agenti həlak oldu
Dünən, 14:51
“Dırnaq ustası studiyaya girib müğənni olur” — Reper Qurd sənəti "bazara" çevirənləri hədəf aldı
Dünən, 14:47
Brüssel Ermənistanda yeni Aİ missiyasını təsdiqləyib
Dünən, 14:42
Ermənilər Trampı şantaj etməyə başlayıb - GƏLİŞMƏ
Dünən, 14:35
Keçmiş məmura yüksək vəzifə verildi - YENİ TƏYİNAT
Dünən, 14:33
Saxta rəy əsasında ANA TƏBİƏTİN QƏSDİNƏ DURUBLAR... - NARAZILIQ VAR...
Dünən, 14:16
Yeni tikililərdə mənzillər 13 faizdən çox bahalanıb – Rəsmi
Dünən, 14:13
Su basan evlərin sakinlərini nə gözləyir? - Həkim qorxulu fəsadları AÇIQLADI
Dünən, 14:09
TƏBİB rəhbəri bütün müşavirlərini niyə işdən çıxarır? - AKTUAL
Dünən, 14:04
Naxçıvanda “TAXIL İŞİ” böyüyür: Milyonlar YOXA çıxıb, sabiq nümayəndə isə... - TƏFƏRRÜAT
Dünən, 13:57
Makron gələn ay Ermənistana səfər edəcək
Dünən, 13:52
Paşinyandan erməni kilsəsinə növbəti tələb: - vergi ödəməlidir!
Dünən, 13:08
Zəngəzur dəhlizi ilə bağlı SENSASİYA: - Risk yaranıb, İran çalışır ki...
Dünən, 13:07
Ərəb ölkələri İranın bu addımından qorxur – “Röyters”
Dünən, 13:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru