Şuşada külli miqdarda silah-sursat aşkarlanıb .....                     Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib .....                     54 milyonun talanmasında qohumları da iştirakçı olub .....                     Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır .....                     Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı .....                     Vilayətidən növbəti SƏRSƏMLƏMƏ .....                     Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə .....                     Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq .....                     "Aİ Türkiyəni razı sala bilməz" .....                     Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? .....                     Türkiyənin məşhur aktyoru intihara cəhd etdi .....                     Azərbaycanda logistika şirkəti bağlanır .....                     Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL .....                     Bakıda mərasim evlərində ehsan yeməyi .....                     Azərbaycanda qorxulu reallıq: .....                     “Unibank” bankomatını niyə düzəltmir? .....                     SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir .....                     Tovuzda da belə idi: İndi də buraları qarışdırır... .....                     Şəbnəm Tovuzlunun oğlu birinci oldu .....                     "Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" .....                     Nərimanov Tibb Mərkəzində təmir bitmir .....                     AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır .....                     Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib .....                     Qarabağda ermənilərin gizli silah anbarları var .....                     Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib .....                     Münsaibətlərdəki AĞRI... .....                     Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq .....                     Rəsulzadənin ifadəsi ilə desək... .....                     “Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” .....                     Geosiyasətin cinayət yolu... .....                     Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə .....                     İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur .....                     Hamı alır, amma risklərini bilmir .....                     Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib .....                     "İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" .....                     Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: .....                     Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib .....                     Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... .....                     BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb .....                     Separatizmlə mübarizədə çox vacib addım .....                 

"Məsələ ondadır ki, biz xristian dövləti deyilik" - Aynur Camalqızı
Tarix: 12-10-2016, 08:57 | Çap et
"Məsələ ondadır ki, biz xristian dövləti deyilik"
“Yeni Müsavat”ın “Bizim Qonaq” rublikasının budəfəki qonağı “Gündəlik Teleqraf” Media Holdinqinin rəhbəri Aynur Camalqızıdır. Gündəmi təşkil edən son olaylar, Qarabağ, referendum, müxalifət və təbii ki, müsahibimizə yaxın olan media sektorunda baş verənləri onunla birgə təhlil etdik.

“Yeni Müsavat”ın baş yazarı Rauf Arifoğlu, qəzetin baş redaktor müavini Azər Ayxan, baş direktor Ələsgər Süleymanovun iştirakı ilə baş tutan söhbətdə xeyli yeni və maraqlı mətləblərin üstü açıldı, gündəmdə uzun müddət müzakirə olunacaq açıqlamalar səsləndirildi.

Öncə qonağı salamlayan R.Arifoğlu ona gündəmdəki əsas mövzulardan biri ilə söhbətə başlamağı təklif etdi.

- Aynur xanım, bugünlərdə prezident İlham Əliyevin sensasion sayılacaq açıqlaması oldu. Prezident Dağlıq Qarabağın statusunun tanınması ilə bağlı Azərbaycana ciddi təzyiqlər olduğunu dedi. Ən müxtəlif versiyalar var bu açıqlama ilə bağlı. Sizin fikir və versiyalarınız nədir?

- Əslində biz bunun belə olduğunu təxmin edirdik. Zaman-zaman baş verən hadisələr, nəticəsi olmayan danışıqlar ortada Qarabağla bağlı narahatlıq doğuran məqamların olduğunu göstərirdi. Bilirsiz ki, BMT-nin işğal altındakı torpaqlarımızla bağlı 4 qətnaməsi var. Həmin qətnamələrə görə, erməni qoşunları qeyd-şərtsiz Azərbaycandan çıxarılmalıdır. Amma 20 ildən çoxdur ki, bu qətnamənin tələbləri yerinə yetirilmir. Xatırlayırsızsa, Liviya ilə bağlı BMT-nin bir qərarı oldu və saatlar sonra o, həyata keçirildi. Yəni demək istəyirəm ki, burda Qarabağ probleminin bizim xeyrimizə həll olunmamasının səbəbkarı erməni havadarları, xristian gücləridir.

R.Arifoğlu:

- Sanki aprel döyüşlərindən sonra vəziyyət dəyişmişdi, prezidentin o açıqlaması ictimai rəy üçün gözlənilməz təsir bağışladı. Mənim soruşmaq istədiyim budur ki, informasiya istehsalçısı kimi sizdəki məlumat və təəssürat necə idi? Bu, gözlənilməz təsir bağışladı, yoxsa az öncə dediklərinizin axarında bir təbii məntiq kimi gəldi? Çünki prezident detal verdi ki, “bizə Dağlıq Qarabağın statusunu tanımaq üçün təzyiq edilir”.

- Təbii ki, biz bu detalları bilə bilməzdik. Görüşlər bağlı qapılar arxasında keçirilir. Amma müşahidələrimiz əsasında gəldiyimiz nəticə o idi ki, işğal altındakı Azərbaycan torpaqlarının geri qaytarılmasını, ərazi bütövlüyümüzün bərpasını nə Rusiya, nə də Qərb istəyir. Onlar Ermənistana açıq-aşkar havadarlıq edirlər. Bu, təbii ki, göz qabağında idi. Amma aprel döyüşlərində, 4 günlük müharibədə Azərbaycan öz gücünü göstərdi - bütün dünyaya, Ermənistana və onun havadarlarına. Eyni zamanda Azərbaycan insanı bu problemlə nə qədər yaxın, Qarabağa nə qədər candan bağlı olduğunu bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri gedən ərəfədə Azərbaycan vətəndaşları heç vaxt olmadığı qədər mediaya həssaslıq göstərdilər. Mənim özüm heyrət içərisində idim. Bizim ön cəbhədən yazdığımız elə xəbərlər olurdu ki, onu 200-250 min nəfər oxuyurdu. İnsanlar cəbhə xəbərlərinə o qədər ciddi həssaslıq göstərirdilər ki, təəccüblənməmək, eyni zamanda qürurlanmamaq mümkün deyildi. Həmçinin orduya güvən, əsgərə ehtiramın hansı səviyyədə olduğu, bu qələbə savaşını insanlarımızın necə həsrətlə gözlədiyi ortaya çıxdı. Onminlərlə insanın cəbhəyə getmək üçün könüllü müraciətlərini göz önünə gətirin! Bu, o deməkdir ki, Azərbaycan insanı üçün prioritet məsələ hər zaman Qarabağ mövzusudur. O 4 günlük müharibə zamanı insanlarımızın, Azərbaycan dövlətinin, Ali Baş Komandanın göstərdiyi fədakarlıq dünyaya bir siqnal idi. Bu, həm də bir əzələ nümayişi idi ki, bizim gücümüz, imkanlarımız var, istəsək, torpaqlarımızı müharibə yolu ilə ala bilərik. Mən düşünürəm ki, son vaxtlar bu təhdidlər, haqsız tənqidlər, təzyiqlər çoxalıbsa, bu, Azərbaycanın ortaya qoyduğu güc və prinsipial siyasi mövqe nümayişindən sonra yaranan mənzərədir. Çox sevindirici haldır ki, Azərbaycan prezidenti də belə bir narahatlığın olduğunu xalqdan saxlamadı, açıq-aşkar real vəziyyəti bəyan etdi.

R.Arifoğlu:

- Yəni bu, həm də hakimiyyətin gizli qapılar arxasındakı planlar və təzyiqlərlə razılaşmaması, bu təzyiqlərə boyun əyməməsi anlamına gəlir. Amma eyni zamanda bir qorxu da yaradır ki, bizi müharibəyə sürükləyirlər...

“Son vaxtlar Azərbaycana qarşı təhdidlər, tənqidlər, təzyiqlər çoxalıbsa, bu, Azərbaycanın apreldə ortaya qoyduğu güc nümayişindən sonra yaranan mənzərədir”

- Bəli, çox təəssüf ki, dünya gücləri Azərbaycana qarşı ədalətli mövqe tutmadıqlarına görə müharibə təhlükəsi mövcuddur. Qarabağla bağlı çox ciddi narahatlıq ortadadır. Prezidentin də dediyi kimi, Azərbaycanı rüsvayçı sülh sazişinə məcbur etmək istəyirlər. Amma əlbəttə ki, bu, mümkün deyil. Çünki bu, bütövlükdə Azərbaycan dövlətinin məhvi demək olardı. Hər bir azərbaycanlı Qarabağla nəfəs alır. Qarabağ problemi demək olar, bizim hamımızın taleyinə təsir edib. Nə qədər ki, bu problem müsbət həllini tapmayıb, biz şəxsi anlamda da xoşbəxt ola bilməyəcəyik. Nə qədər ki, torpaqlar azad olunmayıb, biz mənəvi işgəncə çəkəcəyik. Təsəvvür edin, insanlar 25 ildir ki, yataqxanalarda qaçqın həyatı yaşayır, bunlar qarabağlılar üçün görünməmiş şeylərdir. Vaxtilə, hələ sovet dönəmində Qarabağda, Ağdamda, Kəlbəcərdə, Füzulidə, digər rayonlarda insanlar villalarda yaşayırdılar. Həmin vaxt çoxlarının “villa”, 3-4 mərtəbəli çoxotaqlı imarətlər barədə təsəvvürü yox idi. Bakıda insanlar “xruşşovka” deyilən evlərdə yaşayırdı. Düşünün ki, o villalarda, doğma-halal torpaqlarda azad, məğrur yaşayan insanlar indi 15-20 kvadratmetrlik yataqxana otaqlarına sığınıblar, bəzən bir otaqda bir neçə ailə yaşayıb. Biz artıq 25 ilə yaxındır ki, bu acının, əziyyətin, mənəvi işgəncənin içərisindəyik. Hər bir azərbaycanlı torpaqların qaytarılmasını arzulayır ki, öz ev-eşiyinə qayıtsın, mərhumlarının qəbrini ziyarət etsin. Hər bir qarabağlı bu arzu ilə yaşayır. Təsəvvür edin ki, belə bir şəraitdə dörd günlük müharibə baş verir, biz düşmənin layiqli cavabını veririk, 2000 kvadratmetrlik ərazini işğaldan azad edirik. Düz 22 ildir ki, biz bu qələbəni gözləyirdik, Lələtəpə, Talış kimi strateji yüksəklikləri alırıq və Ermənistana göstəririk ki, heç də hər şey onların güvəndiyi havadarlardan asılı deyil, Azərbaycan xalqının iradəsi var, namusu-qeyrəti var...

R.Arifoğlu:

- Amma bu durum dəyişdi. Prezident açıqladı, amma ad çəkmədi. Sizin düşüncəniz və məlumatınıza görə təzyiq edənlər kimlərdir? Şəxslər, Rusiya, Amerika, ATƏT, ya hamısı birlikdə?

- Çox təəssüf ki, bu məsələdə Azərbaycana qarşı bir xristian həmrəyliyi var. Onlar müsəlman arealında, türk dövlətlərinin içində ikinci bir erməni xristian dövlətinin yaranmasını istəyirlər, bunun arzusundadırlar. Bu sırada ATƏT-in Minsk Qrupu da, Amerika da, Rusiya da, bəzi Avropa dövlətləri də var. Fikir verin, son vaxtlar Azərbaycana hansı təşkilatlardan təzyiqlər gəlir? “5-ci kolon” vasitəsilə təzyiqlər hansı mərkəzdən idarə olunur? İnanın ki, siyasi mövqeyindən asılı olmayaraq, mən heç kimin həbsdə olmasının tərəfdarı deyiləm, onlar bizim həmkarlarımızdır, bir ölkədə yaşayırıq, üz-üzə gəlirik. Amma o qədər ironikdir ki, Amerika kimi nəhəng bir dövlətin təmsilçiləri, senatorlar, konqresmenlər bir Xədicə İsmayılın azadlığa çıxması üçün hay-həşir qoparır, amma 1 milyon qaçqının problemini görmürlər. Bu insanlar 25 ildir ki, ev-eşiklərinin nisgili, həsrəti ilə yaşayırlar, atəşkəs dövründə belə doğmalarını itirirlər, amma onların hüququ heç bir beynəlxalq təşkilatın yadına düşmür. Ancaq Xədicə İsmayıl məsələsində şantaj da edirlər, böhtan xarakterli açıqlamalar da verirlər, təzyiq göstərməyə də cəhd edirlər...

R.Arifoğlu:

- Bəlkə 1 milyon insanın dərdlərini çatdıran, onların problemlərini sənədləşdirən yoxdur? Xədicə İsmayılın sözünü, problemini toplayan, müvafiq qurumlara çatdıran var, amma 1 milyon qaçqın üçün heç məhkəmə davaları açılmayıb?

- Axı bizim Avropa Məhkəməsinə müraciətlərimiz var, Avropa Şurasında yüksək səviyyədə Qarabağla bağlı ardıcıl mübarizəmiz var. Hətta bu gün Brüsseldə bizim deputatlar ən yüksək kürsüdən də səsləndirdilər ki, AŞ PA-nın Ermənistanla bağlı qətnaməsi niyə icra olunmur? ATƏT-in Minsk Qrupunun iştirakı ilə aparılan danışıqlarda, görüşlərdə hər dəfə vurğulanmırmı ki, bizim 1 milyon qaçqınımız var? Azərbaycan prezidentinin bütün çıxışlarında bu məsələ xüsusi qabardılır. Məsələ bu deyil...

R.Arifoğlu:

- Siz parlamentdə təmsil olunanda AŞ PA-da Azərbaycan nümayəndə heyətinin üzvü idiniz. Bir milyon qaçqın məsələsi orda necə qaldırılırdı? Layiqli şəkildə, dünyaya çatdırıla biləcək səviyyədə idimi?

- Bu iş kifayət qədər layiqli, beynəlxalq hüquq normaları çərçivəsində aparılırdı. Bütün görüşlərdə, tədbirlərdə, assambleyanın iclaslarında Qarabağ mövzusu Azərbaycan nümayəndə heyəti tərəfindən qırmızı xətt idi, prioritet məsələ idi. Təəssüf ki, dünya bu məsələdə ədalətsizdir. Bayaq o misalı təsadüfən çəkmədim. BMT-nin Liviya ilə bağlı məlum qərarı saatlar sonra icra edildi. Azərbaycanla bağlı 4 qətnamə isə hələ də icra edilməyib. Bu, onu göstərir ki, Azərbaycana münasibət birmənalı deyil. Məsələ ondadır ki, biz xristian dövləti deyilik. Olsaydıq, bizim də səsimizi eşidərdilər. Bəyəm onlar bilmirlər ki, bu ərazilər, işğal altında olan torpaqlar Azərbaycana aiddir?

R.Arifoğlu:

- Bir sıra ekspertlər isə hesab edirlər ki, “bu məsələnin xristian dini ilə hər hansı əlaqəsi yoxdur. Azərbaycan bir sıra islahatlar həyata keçirməlidir. Təzyiqin səbəbi odur”. Sizin fikriniz necədir?

- Ermənistanda hansı demokratik addım atılıb ki, biz geri qalmışıq? Məgər biz görmürük ki, Ermənistanda keçirilən mitinqlərdə insanların qanı axıdılır, günahsız insanlar öldürülür?! Amma fikir verin, içi Avropa Şurası qarışıq, bütün beynəlxalq təsisatlar bu günədək Ermənistanla bağlı hansısa sərt qərarlar qəbul ediblər?

A.Ayxan:

- Hakimiyyət təbliğatının ana xətti həm də uğurlu xarici siyasət idi. 23 ildən sonra uğurlu xarici siyasətin bir cümləlik tərifi budur ki, bizə Qarabağın müstəqilliyinin tanınması üçün təzyiq edirlər. Bu, şişirdilmiş, bayağı, sovet stilində olan təbliğatdan imtina olunub, faktlar üzrə təbliğat olunsa, daha yaxşı olmazmı? Siz özünüz də belə bir təklif verə bilərsizmi?

- Mən özüm də bu düşüncədəyəm ki, Azərbaycanın apardığı xaricı siyasət uğurlu siyasətdir. Əgər üzərimizə bu qədər təzyiq və tənqidlər olduğu halda bu günə qədər Qarabağı itirməmişiksə, əksinə, müəyyən əraziləri də azad etmişiksə, bu, onu göstərir ki, Azərbaycan dövləti və hakimiyyəti bu təzyiq-tənqidin qarşısında cəsarətlə dayana bilir. Sizi inandırıram ki, əgər İlham Əliyev Azərbaycanın prezidenti olmasaydı, biz Qarabağı çoxdan itirərdik. Məhz onun vətənpərvərliyi, dəyanəti, təhdidlərdən, böhtanlardan sarsılmaması, ermənipərəst güclərin qarşısında dayanması sayəsində biz Qarabağın rəsmən verilməsi prosesinin şahidi olmamışıq. Halbuki bütün dünya Qarabağı Azərbaycandan qoparmaq istəyir. Çox təəccüblüdür, dəhşətlidir, amma reallıq budur.

“Konqresmenlər bir Xədicə İsmayılın azadlığa çıxması üçün hay-həşir qoparırlar, amma 1 milyon qaçqının problemini görmürlər”

A.Ayxan:

- Mən də onu soruşuram. Bu reallıq üzərində təbliğat qurulsa, daha yaxşı olmazmı? AzTV stilindən imtina olunaraq edilən təbliğatın effekti daha yüksək olmazmı? Doğrudur, bu məsələni siz həll etmirsiz...

- Bəli, bunu mən həll etmirəm. Siz AzTV-ni misal çəkirsiz. Axı hakimiyyətin təbliğat ruporu təkcə AzTV deyil. Hakimiyyətin digər güclü media orqanları da var ki, onlar vasitəsilə də uğurlu təbliğat aparılır. Azərbaycan demokratik bir ölkədir. Biz AzTV-yə öz zövqümüzü məcburən qəbul etdirə də bilmərik. Tutaq, biz bəyənmirik, amma çoxluq bəyənir, qəbul edir. Media birrəngli, birqütblü ola bilməz ki...

R.Arifoğlu:

- İnformasiya açıldı, Azərbaycan dövlətinin nə dərəcədə basqı altında qaldığı öyrənildi. Prezident bununla bağlı planı deşifrə etdi. Bundan sonra, sizcə, nə baş verəcək Qarabağ cəbhəsində, siyasi səhnədə, təzyiqləri başqa boyuta keçirmə cəhdləri gözləyirsizmi?

- Əslində hazırkı vəziyyət tələb edir ki, nəhayət, ATƏT-in Minsk Qrupunun yararsız fəaliyyətindən imtina olunsun. 20 ildən artıq bir dönəmdə onlar problemin həllində zərrə qədər irəliləyiş əldə edə bilməyiblərsə və sonda da açıqlama verirlərsə ki, “liderlər razılığa gəlməyə hazır deyillər”, bunun özü çox gülməli bəyanatdır. Əgər liderlər özləri razılığa gəlməli idilərsə, o zaman ATƏT-in Minsk Qrupu, onların turistik səfərləri, onların səfərlərinə, görüşlərinə xərclənən vəsait nədən ötrü idi? Axı ATƏT-in Minsk Qrupu ona görə yaradılmışdı ki, bu iki dövlətin arasındakı problemin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olsun. Hətta mübahisəsiz olan, Ermənistanın özünün də işğalda saxladığını etiraf etdiyi Qarabağətrafı 5 rayonun boşaldılmasını belə təmin edə etməyiblər. Mənim gözləntim nədən ibarətdir?

Düşünürəm ki, Azərbaycan prezidenti çox düzgün və vaxtında qərar verərək xalqa bu problemi açıqladı. Prezident bu məsələdə xalqın dəstəyinə arxalanır. Nə Azərbaycanı, nə də onun liderini heç bir güzəştə məcbur edə bilməyəcəklər. Vaxtilə “Vikiliks”in açıqladığı sənədləri yadınıza salın, İlham Əliyev hətta gizli danışıqlarda belə Qarabağın müdafiəsindən, milli maraqlarımızdan bir addım geri çəkilməyib...

R.Arifoğlu:

- Mənim soruşduğum başqa nüans idi. İlham Əliyev kartları açdı və bildirdi ki, ondan bunu istəyiblər və o razılaşmayıb. Bu razılaşmama fonunda Azərbaycanı cəza olaraq nələr gözləyir? Siyasi səhnədə və Qarabağ cəbhəsində bir dəyişiklik gözləyirsizmi?

- Mən əminəm ki, Azərbaycan hakimiyyəti heç bir təhdidə boyun əyməyəcək. Bu, birmənalıdır. Təbii ki, ortada belə bir planın müzakirəsi də gedir ki, Rusiya Qarabağa sülhməramlıları yerləşdirsin, 5 rayon azad edilsin və s. Belə bir plana Azərbaycanın razı olacağına inanmıram. Məsələnin bu şəkildə həll olunmasındansa həll olunmamış qalması daha məqsədəuyğundur. Bu gün dünya nizamı bizim xeyrimizə olmaya bilər. Amma göydə bir Allah, haqq-ədalət var. Bir gün biz mütləq torpaqlarımızı işğaldan azad edəcəyik. Təbii, biz istəyirik ki, o gün tez olsun. Xalq öz prezidentinin arxasındadır və biz bu prosesi qələbə ilə bitirəcəyik.

R.Arifoğlu:

- Bəs bu proseslər zamanı müxalifətdən nə gözləyirsiz?

(davamı növbəti sayımızda)










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - BİRGƏ MƏLUMAT
Dünən, 18:01
Ermənistanda külli miqdarda vergidən yayınma sxemi aşkar edilib
Dünən, 18:00
54 milyonun talanmasında qohumları da iştirakçı olub - RAMİN İSAYEVLƏ BAĞLI YENİ FAKTLAR
Dünən, 17:59
Paşinyan üçün “qorxulu İrəvan” dövrü başlayır - Rusiya Ermənistanı savaş poliqonuna çevirəcək
Dünən, 17:55
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
Dünən, 17:45
Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?
Dünən, 17:43
Alla Puqaçova Dudayev haqda bu sözlərinə görə məhkəməyə verildi...
Dünən, 17:39
Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq
Dünən, 17:32
"Aİ Türkiyəni razı sala bilməz" - Politico
Dünən, 17:30
Xankəndidə terakt cəhdi: Avanesyan niyə təxribata əl atdı? – Açıqlama
Dünən, 17:28
Türkiyənin məşhur aktyoru intihara cəhd etdi
Dünən, 17:18
Azərbaycanda logistika şirkəti bağlanır
Dünən, 17:16
Xankəndidəki təxribatla bağlı İLGİNC DETAL – “Erməni terror təşkilatları onu...”
Dünən, 17:15
Bakıda mərasim evlərində ehsan yeməyi LƏĞV OLUNUB?
Dünən, 17:08
Azərbaycanda qorxulu reallıq: - Aylar sonra tapılan meyitlər...
Dünən, 17:03
“Unibank” bankomatını niyə düzəltmir? – Müştərilər şikayətçidir
Dünən, 16:50
SOCAR 2 min 807 nəfər ali təhsilli şəxsi fəhlə kimi işlədir - İLGİNC FAKT
Dünən, 16:45
Tovuzda da belə idi: İndi də buraları qarışdırır... - NARAZILIQ VAR...
Dünən, 16:42
Şəbnəm Tovuzlunun oğlu birinci oldu - Fotolar
Dünən, 16:37
"Xankəndində baş vermiş təxribat Ermənistanın sülh içində yaşamağa hələ hazır olmadığını sübut edir" - deputat
Dünən, 16:34
Nərimanov Tibb Mərkəzində təmir bitmir – 19 milyon hara gedib?
Dünən, 16:14
AYNA rəhbəri Avropada gizlənən İlqar Hacıyevin milyonluq villasını alır - FOTO
Dünən, 16:05
Ohanyan hakimiyyətə gəldikdən sonra sülh sazişinin bəndlərini yenidən nəzərdən keçirəcəklərini bildirib - “news.am”
Dünən, 16:02
Qarabağda ermənilərin gizli silah anbarları var - ŞOK
Dünən, 15:56
Fond bazarında borclar cəlb edən BOKT “İnternational”ın vergi borcu yarım milyonu keçib
Dünən, 15:53
Münsaibətlərdəki AĞRI... - Görünəni odur ki...
Dünən, 15:44
Cəbrayılda xəstəxana tikintisinin davamı üçün 27 milyon manatlıq - TENDER KEÇİRİLİR
Dünən, 15:42
Rəsulzadənin ifadəsi ilə desək... - Bakının azadlığı "başla bədəni birləşdirdi"
Dünən, 15:37
“Ermənistan belə müdaxilələrdən sığortalanmayıb” - Qriqoryan
Dünən, 15:34
Geosiyasətin cinayət yolu... - AKTUAL
Dünən, 15:23
Avanesyanın Xankəndidə terror planı: erməni təxribatının izi ilə - VİDEO
Dünən, 15:19
İcra başçısının sabiq müavini dələduzluqda ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 15:16
Hamı alır, amma risklərini bilmir - “Kent” sodalarının TƏHLÜKƏSİ
Dünən, 15:12
Səlim bin Məhəmməd əl-Malik “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Dünən, 15:07
"İnsanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir" - ÇAĞIRIŞ
Dünən, 15:05
Deputat Naxçıvan taksilərinin Türkiyədə həbsdə saxlanılmasından danışdı: - “Məsələnin həlli istiqamətində addımlar atılmalıdır”
Dünən, 15:03
Tanınmış alimin öldüyü qəza ilə bağlı məhkəmənin qapalı keçirilməsinə qərar verilib
Dünən, 14:59
Əmrullayevin əmrindəki 20 MİLYARD: Bunun hesabı sorulmalıdır... - "Bu nə deməkdir?"
Dünən, 14:51
BDU-da Tələbə İnkişaf Mərkəzi açılıb - FOTO
Dünən, 14:42
Separatizmlə mübarizədə çox vacib addım - MƏQALƏ
Dünən, 14:40
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri - İsrafil Kərimovun yazısı
Dünən, 14:38
Miri Yusifi bir də belə görün - FOTO
Dünən, 14:36
Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Dünən, 13:03
İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Dünən, 13:00
Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Dünən, 12:58
Yağışlı hava davam edəcək... - belə deyirlər...
Dünən, 12:52
Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Dünən, 12:50
“Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:44
“Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Dünən, 12:41
Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Dünən, 12:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru