Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

Təhsil sistemində TEXNİKİ NASAZLIQ... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 14-07-2023, 08:56 | Çap et
Təhsil sistemində TEXNİKİ NASAZLIQ...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR... - Ali təhsilin AzTU BATAQLIĞI...

Məqalənin davamında deyilir: "Məlum olduğu kimi, Respublikamızın ali təhsil sistemində 2005-ci ildən Bolonya sistemi (bəzən buna kredit sistemi də deyilir) adlanan Avropa ali təhsil sistemi tətbiq edilməyə başlanmışdır. Tətbiq edildiyi vaxtdan da hər 4-5 ildən bir tədris planları mərhələli olaraq yenilənir. Bunu da nazirlik onunla əsaslandırır ki, guya, bizim ilk başladığımız Bolonya sistemi onun əsli deyilmiş və beləliklə biz tez-tez “islahatlar” apararaq, əsl Bolonya sisteminə yaxınlaşırıq. Yalandır, tamamilə bunun əksinədir. İlk tətbiq edilən variant elə də pis deyildi. Amma hər dəfə “yeni təkmilləşdirilmiş variant” tətbiq edildikcə, biz əslində Bolonya sistemindən uzaqlaşır və təhsil sistemimizi daha da aşağı səviyyəyə endiririk. Nazirlikdən isə biz deyirlər ki, “sizin xəbəriniz yoxdur, Bolonya sistemi belə tələb edir”. İndiki informasiya əsrində əsl Bolonya sisteminin xarici universitetlərdə müxtəlif ixtisaslar üçün tətbiq edilən tədris planlarını tapmaq heç də çətin deyil. Bundan əvvəl 2012-ci ilin bakalavr səviyyəsi üçün İXTİSASLAR NOMENKLATURASI və TƏDRİS PLANLARI əsasında işləyirdik. 2019-2020-ci illərdə isə Təhsil Nazirliyi komissiya yaratdı ki, guya bunları yeniləşdirib, daha da “müasirləşdirəcək”, Bolonya sisteminə yaxınlaşdıracaqlar. Texniki ixtisaslar üzrə nazirliyin komissiyasına ADNSU-nin rektoru Mustafa Babanlı sədr təyin edildi. Nazirlik tərəfindən isə bu məsələni Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev kurasiya edirdi və faktiki olaraq, Azərbaycanda texniki təhsilin gələcəyini bu iki adam müəyyənləşdirirdi. Qeyd edək ki, Yaqub Piriyev ixtisasca yol tikintisi mühəndisi, Mustafa Babanlı isə metallurqdur. Onlar bütün texniki ixtisaslar haqqında necə qərar qəbul edə bilərlər axı? Komissiyanın tərkibində müxtəlif texniki yönümlü universitetlərin nümayəndələri iştirak etsələr də, heç kimə məhəl qoymadan elə özlərinin ilkin hazırladıqları variantı təsdiq etdirdilər. Məsələn, əvvəlki texniki ixtisaslar nomenklaturasında ayrılıqda “İstilik energetikası mühəndisliyi” və “Elektroenergetika mühəndisliyi” ixtisasları var idi. İndi isə bu ixtisaslar bir “Energetika mühəndisliyi” ixtisasında birləşdirilib. Digər ixtisaslar da bunun kimi. Y.Piriyev və M.Babanlı başa düşmürlər ki, istilik energetikası və elektrik energetikası tamamilə müxtəlif sahələrdir və 3 il yarım, həftədə 22 saat (bunun da yarısı humanitar fənlər və qeyri-ixtisas fənləridir) tədris alan tələbə necə həm istilik energetikası, həm də elektrik energetikası mühəndisi ola bilər? Onlar bunu başa düşmürlər, yoxsa başa düşərək qəsdən edirlər? Və kim respublikanın bütün texniki təmayüllü universitetlərinin əvəzinə bu iki nəfərə belə strateji əhəmiyyətli məsələdə özbaşına qərar qəbul etmək səlahiyyəti verib? Deyə bilərsiniz ki, bəs komissiya yaradılıb. Bizdə təəccüblü deyil ki, komissiya-zad formallıq üçündür, qərarı sədr və ondan da yuxarılar qəbul edir. Digər texniki ixtisaslar da bunun kimi təhrif edilib və eybəcərləşdirilib. Yenə təkrar edirik ki, texniki mütəxəssislərin hazırlanması, xüsusən müasir mürəkkəb siyasi dövrdə ölkəmiz üçün strateji, həyati əhəmiyyətli məsələdir.
Bu məsələlər təsadüflərin, məsuliyyətsizliyin, qeyri-professionallığın nəticəsidir, yoxsa düşmən qüvvələrin, keçmiş imperiyanın 5-ci kolonunun qəsdən törədilən təxribatıdır? Bu suala müəyyən qədər cavab tapmaq üçün 5-ci kolonun Elm və Təhsil Nazirliyində bizə məlum olan bir izini göstərək. Ramiz Mehdiyevin komandasının fəal üzvlərindən biri olan, Milli Məclisin yaxın keçmişdə çox populyar deputatı Rəbiyyət Aslanovanın o vaxtlar Prezident Administrasiyasında Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsini tutan oğlu Elnur Aslanov Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin qohumu – bacanağıdır və Y.Piriyev o vaxtlar həmin vəzifəyə Elnur Aslanovun proteksiyası ilə təyin olunub. Ondan əvvəl Y.Piriyev Azərbaycan Memarlıq və İnşaat Universitetində dekan işləyirdi.
Qayıdaq yenə Bolonya sisteminə. Ölkəmizin ali təhsil sistemi 2005-ci ildə Bolonya sisteminə keçəndə Təhsil Nazirliyindən ali məktəblərə deyirdilər ki, bu hələ əsl Bolonya sistemi deyil, onun müəyyən keçid formasıdır. Deyirdilər ki, mövcud təhsil sistemindən Bolonya sisteminə – kredit sisteminə birdəfəlik keçmək mümkün deyil, çünki, bizim mövcud sistem çox fərqlidir, bizdə humanitar fənlər var və s. Deyirdilər ki, hər 4-5 ildən bir sistem yeniləşdirilərək, reforma edilərək, tədricən Bolonya sisteminə çatacağıq. Keçən dövrdəki reallıq isə bunun tam əksini göstərdi. Hər dəfə “islahatlardan” sonra görürük ki, biz Bolonya sistemindən daha da uzaqlaşırıq və bizə də deyirlər ki, “siz bilmirsiniz, Bolonya sistemi belədir”. Biz niyə bilmirik ki, indiki informasiya texnologiyaları dövründə istənilən məsələ haqqında dərhal informasiya əldə etmək mümkündür və biz də bunu edirik. Görürük ki, real Bolonya sistemində bizim əvvəlki nomenklaturada olan texniki ixtisaslar da qalır, həftəlik dərs saatı da 22 saat deyil, hətta 28-30 saat da var, kurs işləri, kurs layihələri də var, yekun buraxılış işi layihəsi isə texniki ixtisaslar üçün var və ümumu qəbul edilmiş bir şeydir. Amma xaricdəki Bolonya sistemində humanitar fənlər yoxdur! Deməli, 2005-ci ildən bizim ali texniki təhsilimizin başında dayananlar ölkəmizin texniki təhsilini tamamilə əks istiqamətdə aparırlar və aparmaqda da davam edirlər".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru