Ermənistanda hərbçi güllələnib .....                     "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... .....                     102-ci rus hərbi bazası üçün geri sayım başladı .....                     “PAŞA Bank”ın rəhbərliyinə təyinat olub .....                     “Changan Azərbaycan”dan şikayət VAR .....                     "Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı .....                     Agent çıxan dostumuz... .....                     Rusiya Türk Birliyini özünə təhdid kimi görür? .....                     Burda hansı qanunlar işləyir?.. .....                     `Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                 

Aqronom ingilis dili dərsi keçir, xadimə sinif rəhbəri olub... - Gəncə təhsilinin REAL ÜZÜ...
Tarix: 20-04-2023, 09:10 | Çap et
Aqronom ingilis dili dərsi keçir, xadimə sinif rəhbəri olub...
Gəncə şəhər sakini Zeynalova Elvira Oruc qızı tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. İsmət Qayıbov adına 1 saylı tam orta məktəbdə İngilis dili müəllimi kimi fəaliyyət göstərən E.Zeynalovanın məktubunu olduğu kimi oxuculara təqdim edirik:

“Təhsil ocağı, əsasən də orta məktəbə əbəs yerə təlim-tərbiyə ocağı demirlər. Bəllidir ki, orta məktəbdə keçirilən təlim prosesinin müvəffəqiyyətlə başa çatması gənc nəslin gələcəkdə layiqincə formalaşmasına gətirib çıxarır. Beləliklə, qısaca olaraq deyə bilərik ki, orta məktəbdə keçirilən təlim-tərbiyə prosesinin sonunda gələcəyimizin qarantı olan gənc nəslin yetişdirilməsinə, formalaşmasına gəlib çıxmış sayılırıq. Bir sözlə, orta məktəbdə gənc nəslin gələcək həyatda vətəndaş olaraq formalaşmasının təməl daşı qoyulur.

Mən, Zeynalova Elvira Oruc qızı da, 15.0.2004-cü ildən Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi çalışıram. Az öncə qeyd etdiyim kimi, məktəb təlim-tərbiyə ocağıdır, ancaq mən işləməyə başladıqdan az sonra daxildə nələrin baş verdiyini gördüm. O zamanlar da qanun pozuntuları var idi. İndi də 9, 10, 11-ci sinif şagirdləri məktəbə gəlmir (artıq bu bütün məktəblər üçün adı hala çevrilib), mən şagirdlərin dərsə davamiyyətini sinif rəhbərlərindən, rəhbərlikdən tələb etdikcə valideynlərlə rəhbərlik anlaşma qurub məni onlarla üz-üzə qoyurdular. Hətta rus bölməsində işləməyimmə baxmayaraq, müəllimlər otağında Azərbaycan bölməsinin direktor müavini Zenfira Sülüymanova tərəfindən döyülmüşəm də. Eyni zamanda, dərs davamiyyəti tələb edərkən dəfələrlə tənqidlərə məruz qalmışam. Bu hadisələr atamın şəkər xəstələri üçün nəzərdə tutulan xəstəxanada yatdığı zamana təsadüf edir. Mən ailədə yeganə qız övladı olduğum üçün atamın qayğısına qalmalı olurdum. Döyülmə baş verən günsə xəstəxanadan birbaşa məktəbə gəlməli oldum, dərsə 5 dəqiqə gecikməm buna bəhanə oldu.

Xatırladığım məqamlardan bir müddət keçdi və çalışdığım məktəbin müdiri dəyişdi. Ancaq bu dəfə də məktəbin bəxti heç gətirmədi. Belə ki, məktəbə təyin olunan Mətanət Qarayeva nəinki qanun pozuntularını aradan qaldırmadı, əksinə, qanun pozuntularını davam etdirdi, özü də necə. Belə ki, diplomu saxta olanlar işə qəbul edildi, Kənd Təsərrüfatı İnstitunun aqronomluq fakultəsini bitirən ingilis dili dərsi, Texnologiya Universitetini bitirən musiqi dərsi deməyə başladı. Bir sözlə, Mətanət Qarayeva peşəsi ilə diplomu uyğun gəlməyən müəllimlərə yetərincə dərs verdiyi halda, ixtisasçılar kənarda qalırdı. Məktəbə xadimə, kargüzar kimi götürdüyü işçilər sinf rəhbəri olmaqla bərabər, üstəlik siniflərdə dərs deyirdi.

Direktorun xahişi əsasında məktəbdə mənə hücuma keçdilər

Elvira Zeynalova

Pedaqoqika və pisixologiyadan anlayışı olmayan insanlara necə sinif rəhbərliyi həvalə etmək olar? Sərhəd kecmiş müəllimə necə maaş yazmaq olar? Ən maraqlısı da budur ki, Mətanət Qarayeva bütün bunları Təhsil İdarəsinin kecmiş müdiri Zakir Hüseynovun vaxtında başlayıb və Anar Qədiməliyevin vaxtında davam etdirib. Onda ortaya sual cıxır: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev müəllimlərin dərs bölgüsünə nəzarət edir, ya yox? Nədən Anar Qədiməliyev bu müddət ərzində bunlara göz yumub? Nədən Təhsil İdarəsinin Maliyyə şöbəsi bu qanunsuzluqlara göz yumub və saxta maaşlar yazılıb? Tutaq ki, direktor qanunsuz olaraq dərs yükünü kimə gəldi döşəyib yazır, bəs mühasib hara baxır?!

Bu gün bizə ölkə başçısının yerlərdə tapşırıqlarını layiqincə yerinə yetirən rəhbər işçilər gərəkdir. Hansı ki, onu bu gün görə bilmirik. Nəyə görə belə dedim? Ona görə ki, Ulu Öndərə sevgi və sayqımızı göstərmək üçün keçirmək istədiyimiz tədbirə 1500 manat istənilir, bununla bağlı şəhərdə söz deməyə adam tapmırsan. Bəs, hanı ölkə başçısının bu şəhərdə, yerlərdə tapşırığını yerinə yetirən məmur? Bu gün təhsil sahəsindəki özbaşınalıqlar ayaq tutub yeriyir, baxan, tədbir görən yoxdur.

Ötən ilin, yəni 2022-ci ilin iyun ayının 21-də Mətanət Qarayeva dərman içərək özünü öldürmək istədi. Düşünürəm ki, bir məktəb müdirinin dərman içməsi onun psixoloji durumunun yerində olmamasından xəbər verir və ya nədənləri olub. Hadisənin baş verməsi isə məktəbdə təhsil alan şagirdlər üçün heç də yaxşı örnək deyildi.

21.10.2022-ci il tarixdə Mətanət Qarayeva vəzifəsində etdiyi nöqsanlara görə işdən azad edildi və hazırda bununla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma gedir.

M.Qarayevanın yerinə müvəqqəti müdir təyin edilsə də, İ.Qayıbov adına 1 npmrəli tam orta məktəbin bəxti gətirmədi. Növbəti əvəzedici müdir kim oldu: Anar Qədiməliyevin əmisi nəvəsinin qaynanası. Hansı ki, o, yəni təlim-tərbiyə üzrə direktor müavini Məmmədova Nüşabə Zakir qızı müvəqqəti müdir kimi təyin olunmazdan bir necə gün öncə Elim və Təhsil nazirinin Daxili Nəzarət Şöbəsi tərəfindən siddətli töhmət almışdı. Yeri gəlmişkən, Nüşabə Məmmədova həm də İ.Qayıbov adına orta məktəbin sabiq direktoru Məmmədov Müsəddinin gəlinidir. Beləliklə, Anar Qədimalıyev Nüşabə Məmmədovanın çoxdankı arzusunu həyata keçirmiş oldu.

Dəyişən nəsə yoxdu, yenə də aqronom ingilis dili, baytar, texnoloq isə musiqi dərsi deyir, MİQ-dən keçən müəllimlərsə iş axtarır”.

(Ardı var)
//hurriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda hərbçi güllələnib - TƏFƏRRÜAT
Bu gün, 09:49
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır... - GİLEY
Bu gün, 09:48
102-ci rus hərbi bazası üçün geri sayım başladı - GƏLİŞMƏ
Bu gün, 09:41
“PAŞA Bank”ın rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 09:40
“Changan Azərbaycan”dan şikayət VAR - 5 aydır detalları gətirib çıxara bilmir
Bu gün, 09:37
"Orbita" MTK-nın bitib-tükənməyən hazırlığı - 8 aydır vəd edilən vaxt bitmir
Bu gün, 09:27
Agent çıxan dostumuz... - ölkəsini TƏRK EDİR?
Bu gün, 09:25
Rusiya Türk Birliyini özünə təhdid kimi görür? - AKTUAL
Bu gün, 09:21
Burda hansı qanunlar işləyir?.. - BİLƏN YOXDUR!
Bu gün, 09:14
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru