Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

YENİLMƏZ VİLAYƏT... - İTTİHAM VAR!
Tarix: 4-07-2023, 15:49 | Çap et
YENİLMƏZ VİLAYƏT...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: `Texniki Universitet İŞİ` də bir ayrıca hüquqi araşdırma mövzusudur... - İTTİHAM VAR!

Məqalənin davamında deyilir: "Belə strateji əhəmiyyətli sahələrdən biri isə təhsil sahəsidir. Ulu öndər Heydər Əliyev təhsil haqqında demişdi: “Təhsil millətin gələcəyidir. Təhsilimizin məqsədi gənc nəslə təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”
Cari tədris ilinin başlanması günlərində cənab Prezident İlham Əliyev yeni açılan orta məktəbləri gəzib, onlarla tanış olması zamanı qeyd etmişdi ki, ölkənin qüdrəti onun təbii sərvətləri ilə deyil, onun elminin və təhsilinin səviyyəsi ilə müəyyən edilir. Çox təəssüf ki, bu həqiqəti bizim təhsil sistemimizin başında dayananların və təhsil müəssisələrinə rəhbərlik edənlərin bəziləri ya dərk etmir, ya da dərk edir, ancaq qəsdən təhsil sistemimizə qarşı dağıdıcı fəaliyyət göstərərək, kiminsə maraqlarına xidmət edirlər.
Ölkəmizin yaxşılığımızı istəməyən, bizim müstəqilliyimizi və müvəffəqiyyətlərimizi gözləri götürməyən xarici siyasi qüvvələr isə bunu yaxşı bilirlər. Və buna görə də bizim təhsil sistemimiz də strateji sahə olaraq onların hədəflərindən birinə çevrilib. Bu günlərdə teref.az saytında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradovun “fəaliyyəti” haqqında dərc edilən məqalə bizim bu fikrimizə inamımızı daha da artırdı.

Çox qəribədir ki, həmin məqalədə Ədalət Muradovun rektorluq “fəaliyyəti” dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) başına gətirdikləri haqqındakı faktlar AzTU-nun rektoru Vilayət Vəliyevin 4 ildən bəri gözlərimiz qarşısında AzTU-dakı “fəaliyyəti” ilə birin-birə üst-üstə düşür. Bu faktlar haqqında isə biz bu illərdə mediada dəfələrlə yazmışıq. Deməli, belə bir nəticəyə gəlmək olar ki, həm Ə.Muradov, həm də V.Vəliyev bir mərkəzdən eyni göstərişlərlə (kimin göstərişləri ilə?) idarə olunurlar və eyni dağıdıcı fəaliyyəti reallaşdırmaqdadırlar. Əlavə olaraq qeyd edək ki, Ə.Muradovun məsləhəti ilə V.Vəliyev hətta UNEC-in bir neçə işçisini “qiymətli iqtisadçı kadr” kimi AzTU-da işə də qəbul edib. Fəaliyyəti ilə yaxşı tanış olduğumuz daha bir rektor – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı da həmin yolun yolçusudur. O, tez-tez bununla qürrələnir ki, o, rektor olduqdan sonra ADNSU-nin neçə-neçə yaşlı alimini, elmlər doktorlarını, professorları, neftçıxarma sahəsinin görkəmli mütəxəssislərini, hətta Milli Elmlər Akademiyasının müxbir üzvlərini universitetdən uzaqlaşdırıb. Doğrudan da “fəxr ediləsi” işdir, onların elmindən, bilik və təcrübəsindən istifadə etmək əvəzinə neçə-neçə görkəmli alimi bir anda kənara atmaq. Belə alimlər bundan sonra çətin ki, yetişsin, onların bu səviyyəyə gəlib çatmasına isə azı 30-40 il lazımdır. Təkcə onu demək kifayətdir ki, hal-hazırda respublikanın Ali Attestasiya Komissiyası müxtəlif ixtisaslar üzrə dissertasiya müdafiəsi şuraları formalaşdırarkən bir çox ixtisaslar üzrə elmlər doktorlarının çatışmazlığı problemi ilə üzləşmişdir.
Vilayət Vəliyev AZTU-da rektor olduğu 4 ilə yaxın müddətdə burada tədris prosesinin başına daha nə oyunlar gətirməyib, ağla gələn və gəlməyən? Bunların haqqında biz 6 ay əvvəlki yazımızda, dekabr və yanvar aylarında çox ətraflı yazmışdıq və bunları bir daha təkrar etmək istəmirik. Ancaq, ümumi şəkildə, qısaca onlardan bəzilərini xatırladaq.
V.Vəliyev rektor olduğu 4 ilə yaxın müddətdə AzTU-da təhsilə xidmət edən, təhsilin, xüsusən də texniki təhsilin əsasını təşkil edən nə vardısa, hamısını məhv edib, kökündən kəsib. V.Vəliyev universitetin köklü kadrlarına – həm professor-müəllim heyətinə, həm də digər kadrlarına qənim kəsilib. O, AzTU-da on illərlə can qoymuş, ömrünü sərf etmiş professorları, dosentləri, digər tədris və inzibati işçiləri 4 ildir ki, hər vasitə ilə mənəvi terrora məruz qoyur, onların ətrafında dözülməz mənəvi-psixoloji şərait yaradaraq, ya öz ərizələri ilə getmələrinə nail olur, ya da birbaşa təzyiq göstərib və ya aldadıb, 3 aylıq müqaviləli işə keçirməklə sonra işdən kənarlaşdırır, baxmayaraq ki, Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrində pedaqoji kadrlara yaş həddi qoyulmayıb. O, bu 4 ildə universitetdə dəfələrlə, sonu hələ də görünməyən “struktur dəyişiklikləri” aparıb, 2 ay əvvəl yaratdığı bir şöbəni ləğv edib, yenisini yaradıb, sonra yenə bir neçə aydan sonra əvvəlkinə qayıdıb və s. Guya ki, bu adam “islahat aparır”. Bu “islahatların” bir məqsədi də köhnə işçiləri işdən kənarlaşdırmaqdır. V.Vəliyev sanki, AzTU-dan, onun müəllimlərindən, elə tədris prosesindən də qisas alır. Amma bu nə qisasdır, nəyin qisasıdır, məlum deyil. Yoxsa bu, V.Vəliyevin qeyri-adekvat psixologiyasının nəticəsidir, bilmirik".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru