Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR... - Amma kimsənin umrunda deyil...
Tarix: 8-07-2023, 12:36 | Çap et
Texniki Universitetlə bağlı müəllimlər ŞOK FAKTLARI AÇIQLAYIR...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Nazirlik AzTU-nu dəftərindən birdəfəlik silib? - Görünəni budur...

Məqalənin davamında deyilir: "Bakıya kim qonaq gəlirsə, V.Vəliyev dərhal onu AzTU-ya dəvət edir, əsabələri ilə birlikdə universitet söküntülərinin və xərabəliklərinin ərazisinə onları ekskursiyaya çıxararaq, bu ərazilərdə yaxın gələcəkdə görüləcək “gözəl-gözəl işlərin” planlarından onlara nağıllar danışır.

Qonaqlarla və əsabələri ilə şəkil çəkdirib, AzTU saytına yerləşdirmək, V.Vəliyevin “elmi-tədris fəaliyyətinin” ən mühüm komponentlərindən biridir.

V.Vəliyev AzTU-ya gəldiyi gündən, burada tədrisi “texnikisizləşdirməyə”, iqtisadiləşdirməyə”, humanitarlaşdırmağa başlayıb, texniki kadr hazırlığının əsaslarını dağıdıb. Hələ təkcə texniki kadr hazırlığının əsaslarını dağıtsa yaxşı idi, o, ümumiyyətlə burada tədris adında nə varsa, hamısını tədris prosesindən kənarlaşdırır, ləğv edir. Çalışır ki, tədris planlarından ixtisas fənlərini mümkün qədər çıxarsın, ixtisas fənlərinin sayını azaltsın. 2020-ci ildə Nazirlik tərəfindən ölkə üzrə texniki ixtisasların siyahısı yeniləşdirilərkən, hər 2-3 ixtisas birləşdirilib, bir ümumi ixtisas altında verildi (bu haqda sonra ətraflı məlumat verəcəyik). Yəni indi bir ixtisas üzrə universitetə daxil olan tələbə guya ki, əvvəlki 2-3 ixtisasın mühəndisi olacaq! Bununla belə, həftəlik dərs saatları da əvvəlki 28 saatdan 22 saata (!!!) endirildi. Bununla belə, humanitar fənlər bloku da əvvəl olduğu kimi yerində qaldı. Buna görə də indi tələbələr belə “tədris planı” üzrə hər ixtisasdan yalnız 1-2 məcburi fənni və 2-3 seçmə fənni oxuya bilirlər. V.Vəliyevin daxili qərarı ilə isə heç bir kurs layihəsi, kurs işi olmadan. Yekun buraxılış işləri layihələri də dövlət imtahanları ilə əvəz olundu. Bu il isə bəzi ixtisaslar üzrə ümumiyyətlə dövlət imtahanları da ləğv edildi. Bununla da tələbələr həmin “genişləndirilmiş profilli” ixtisas üzrə mühəndis olacaqlar (???). Belə universitetdən hansı tələbə inciyər ki? Özü də V.Vəliyev bütün bu təxribat xarakterli dəyişiklikləri heç universitet Elmi Şurasında müzakirəyə çıxarmadan, Elmi Şuranın qərarı olmadan həyata keçirir. Bu qərarlar kuluarlarda qəbul edilir, heç kafedralara bu haqda universitet üzrə əmrlərin surətləri də göndərilmir, yalnız şifahi göstərişlər çatdırılır. Heç bilmirik, V.Vəliyev bu qərarlarını heç olmasa rəsmiyyət xatirinə əmrləşdirir, ya yox? Bu pozuntulara görə isə təkcə rektor yox, həm də Tədris işləri üzrə prorektor Nurəli Yusifbəyli bilavasitə cavabdehdir. Bəlkə də, N.Yusifbəyli bu haqda qayda-qanunu bilməmiş deyil. Ancaq, belə pozuntular görünür, onun özünə də sərf edir. Onun yaxın adamlarından sızan məlumata görə, N.Yusifbəyli ümid edir ki, V.Vəliyev rektor vəzifəsindən kənarlaşdırıldıqda, rektor vəzifəsinə o təyin ediləcək.
V.Vəliyevin hətta belə tədris planlarından da “gözü doymur”. Hələ 2020-ci ildə o, Elmi Şurada qərar qəbul etdirmişdi ki (o vaxtlar V.Vəliyev hələ belə qərarları formal da olsa Elmi Şuradan keçirirdi), universitetin bütün ixtisaslarının tədris planlarına seçmə ixtisas fənlərindən birinin əvəzinə “Layihə menecmenti” və ya “Layihələrin idarə olunması” (hansı layihələrin?) adlı fənn salınsın və həmin fənnin tədris olunması rektorun qohumu Arzu Süleymanovun müdir olduğu “İqtisadiyyat və statistika” kafedrasına həvalə edilsin. Niyə? Çünki, V.Vəliyev öz adamlarını və bir çox qohumlarını, iqtisadçıları başda kafedra müdiri olmaqla, həmin kafedraya yığıb, onlara isə dərs yükü lazımdır. Bu çox böyük tədris yükü isə bütün universitet üzrə ixtisas fənlərindən kəsmək hesabına alınıb.
Digər bir misal. Bakalavr səviyyəsi üçün 2020-ci ildə təsdiq edilmiş tədris planlarında əvvəllər “Humanitar fənlər”, indi isə “Ümumi fənlər” (???) adlandırılan bölmədə 2 semestr ərzində “Xarici dil” fənninin tədrisi nəzərdə tutulmuşdu. İndi isə kimin tərəfindən təsdiq edilməsi məlum olmayan (AzTU Elmi Şurasında bu məsələ müzakirə olunmayıb) yeni tədris planlarında “Xarici dil” fənninin tədrisi ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına 4 semestrə çatdırılıb. Ancaq bu da hamısı deyil. Bundan əlavə yenə də ixtisas seçmə fənlərinin saatlarının azaldılması hesabına “Texniki xarici dil” fənni əlavə edilib, yəni 5-ci semestr. Bəs ixtisas fənləri necə olsun, lazım deyil? Özü də qeyd etdiyimiz kimi, indi bir ixtisas üzrə bakalavriaturaya daxil olan tələbə həftədə 22 saat dərs keçməklə, əvvəli tədris planlarındakı və ixtisaslar nomenklaturasındakı 2-3 ixtisasın mühəndisi olacaq (???). Biz xarici dil bilməyin müasir dövrdə əhəmiyyətini inkar etmirik. Ancaq bu, ixtisasdan kəsməyin hesabına olmamalıdır. Öz ixtisasını bilməyən mühəndis bunun hesabına xarici dili öyrənsə belə, o, kimə lazımdır? Məgər AzTU diplomat və ya beynəlxalq əlaqələr üzrə mütəxəssis hazırlayır? Bunun üçün digər müvafiq universitetlər var. AZTU-nun tələbələrinin əksəriyyəti isə öz dilində əməlli danışa bilmir, o ki, qaldı xarici dil. Bu fənn tədris planlarına daxil edildikdə, AzTU-nun Xarici dillər kafedrası həmin fənni tədris etməkdən imtina etdi, açıq etiraf etdilər ki, “biz texniki xarici dilləri bilmirik, bunun üçün texnikanı da bilmək lazımdır”. Düz deyirlər. Onda, bu fənnin məsuliyyətini qoydular müvafiq ixtisas kafedralarının üzərinə, dedilər ki, “ya ixtisas kafedraları həmin fənni deyə bilən müəllimi kənardan tapsınlar, ya da özləri desinlər, əgər ixtisas müəllimi xarici dili də bilmirsə, o müəllim bizim nəyimizə lazımdır?”. İxtisas kafedraları da bu fənni tapşırdılar xarici dildə bir az oxumağı-yazmağı bilən, yəni “bir az dınqıldatmağı” bacaran magistraturanı təzə bitirən magistrlərə. Sonra da bu ilin yanvarında qəflətən həmin “bir az dınqıldatmağı” bacaran magistrlər üçün xarici dil imtahanı təşkil etdilər və aydın oldu ki, bunlar heç xarici dil bilmirlərmiş ki! Təbiidir ki, buna görə də ixtisas kafedralarını günahlandırdılar. Arada isə ixtisas fənlərindən yenə biri itirildi... Baxın, Azərbaycan Texniki Universitetində tədris belə idarə edilir (Tədris işləri üzrə prorektor cənab Nurəli Yusifbəyli də baxsın)..."

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru